İspaniya “Barselona”sının Çempionlar Liqasının qrup mərhələsinin IV turunda Çexiyanın “Slaviya” (Praqa) komandası ilə evdə keçirəcəyi qarşılaşma yüksək riskli oyun kimi qəbul edilib.
DiasporPress.az AS nəşrinə istinadən xəbər verir ki, bu barədə qərarı zorakılıq, irqçilik, ksenofobiya əleyhinə hökumət komissiyası verib.
Nəşrdə səbəblər bildirilməsə də, çox güman ki, bu, İspaniya Ali Məhkəməsinin 9 ildən 13 ilə qədər həbs cəzası verdiyi Kataloniyanın 9 liderinin həbsindən sonra oktyabrın ortalarında Barselonada başlayan kütləvi etirazlarla əlaqədardır.
Qeyd edək ki, noyabrın 5-də keçiriləcək “Barselona” – “Slaviya” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.
DiasporPress.az