Bu gün Çempionlar Liqasında qrup mərhələsinin III turuna yekun vurulub.
DiasporPress.az xəbər verir ki, növbəti səkkiz oyunla ilk dövrə yekunlaşıb.
E, F, G və H qruplarındakı komandalar meydana çıxıb.
E qrupunun favoritləri “Liverpul”la “Napoli” autsayderlərin qonağı olub. İngiltərə nəhəngi “Genk”lə səfər matçında darmadağına sevinibsə, İtaliya təmsilçisi “Zalsburq”u çətinliklə məğlub edib.
F qrupuna eyni xalla liderlik edən “Barselona” ilə Dortmund “Borussiya”sı da səfər sınağına çıxıb. Kataloniyalılar “Slaviya” ilə görüşdə çətin qələbəyə seviniblər. Almaniya klubu isə Milan “İnter”i ilə görüşdən məğlub ayılıb.
Eyni vəziyyət G qrupu üçün də keçərli idi. “Zenit”lə “Lion” müvafiq olaraq, “Leypsiq” və “Benfika”nın meydanında mübarizə aparıb. “Zenit” hesabı açdığı qarşılaşmadan məğlubiyyətlə ayrılıb. Portuqaliyada da meydan sahibləri sevinən tərəf olub.
H qrupunda “Ayaks”la “Çelsi” üz-üzə gəlib. London klubu səfərdə minimal hesabla üstün olub. Qrupun digər matçında da “Valensiya” səfərdə “Lill” ilə heç-heçəyə razılaşıb.
Çempionlar Liqası
Qrup mərhələsi, III tur
23 oktyabr
E qrupu
“Genk” (Belçika) – “Liverpul” (İngiltərə) 1:4
Qol: Odey, 88 – Oksleyd-Çembeyleyn, 2; 57. Mane, 77. Salah, 87.
“Zalsburq” (Avstriya) – “Napoli” (İtaliya) 2:3
Qol: Haaland, 40-pen; 72 – Mertens, 17; 64. İnsinye, 73.
F qrupu
“Slaviya” (Çexiya) – “Barselona” (İspaniya) 1:2
Qol: Boril, 50 – Messi, 3. Olayinka, 57-öz qapısına.
“İnter” (İtaliya) – “Borussiya” (D, Almaniya) 2:0
Qol: L.Martines, 22. Kandreva, 89.
G qrupu
“Leypsiq” (Almaniya) – “Zenit” (Rusiya) 2:1
Qol: Laymer, 49 Sabitzer, 59 – Rakitski, 25.
“Benfika” (Portuqaliya) – “Lion” (Fransa) 2:1
Qol: R.Silva, 4.Pitsi, 86 – Depay, 70.
H qrupu
“Ayaks” (Hollandiya) – “Çelsi” (İngiltərə) 0:1
Qol: Batşuayi, 86.
“Lill” (Fransa) – “Valensiya” (İspaniya) 1:1
Qol: İkone, 90+5 – Çerışev, 63
DiasporPress.az