İspaniyanın “Barselona” klubu La Liqa çərçivəsində “Real”a qarşı keçiriləcək oyunların yerinin dəyişdirilməsinə qarşı çıxıb.
DiasporPress.az-ın məlumatına görə, Kataloniya klubu X turun görüşünün Madriddə keçirilməsi təklifi ilə razılaşmayıb.
Klub rəhbərliyi məsələ ilə bağlı mövqeyini İspaniya Futbol Federasiyasına da bildirib. “Barselona” görüşün tarixinin dəyişdirilməsinin əleyhinə deyil. Kataloniyalılar ev matçının dekabrın 18-də baş tutmasına razıdırlar.
Qeyd edək ki, La Liqa rəhbərliyi I və II dövrədəki oyunların yerinin dəyişdirilməsini təklifini irəli sürüb. Qurum oktyabrın 26-dakı görüşün Barselonada deyil, Madriddə, II dövrə matçının Kataloniya paytaxtında baş tutmasını təklif edib. Buna Barselonadakı iğtişaşlar səbəb olub.
DiasporPress.az