Ölkə

Balkanlarda Türk möhürü: Köstəncədəki möhtəşəm tədbirdən qeydlər – FOTOLAR

Balkanlarda Türk möhürü: Köstəncədəki möhtəşəm tədbirdən qeydlər – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Türk Qadınlar Birliyinin və Azərbaycan-Türkiyə Evinin rəhbəri Tənzilə Rüstəmxanlı yazır…

Burada yaşayan türklərin yüzillərlə dilini və dinini, milli kimliyini qoruyub saxlaması böyük bir mücadilədir.

Sentyabrın 21-dən 23-dək Rumuniyanın Ruminyanın Köstəncə şəhərində Cumhuriyətin 100 yılında: “Balkanlarda türk qadını” mövzusunda elmi-nəzəri simpozium keçirildi. Avropanın və Türkiyənin nüfuzlu alimlərinin, ictimai-siyasi və dövlət xadimlərinin qatıldığı toplantıda Azərbaycan Türkiyə Evinin (ATEV) sədri olaraq mən də iştirak edirdim.

2004-cü ildən Balkan Qadınları Qurultayına qatılıram və Azərbaycanın Qarabağ məsələsini və Xocalı soyqırımını gündəmə gətirirəm. Onlar Azərbaycanı çox sevirlər və acımızı paylaşırlar. Bu ildəki Simpoziumda “Cumhuriyyətin 100-cü ildönümündə Türk qadını” mövzusunda çıxış etdim. Çıxışımda dedim ki, bu gün Balkanlarda 2 milyona yaxın insan türk dilində danışır və türk dilini yaşadır. Türklər türkcənin Balkanlardakı varlığını qoruyur. Türkcə Balkanlarda yaşadılır. Bölgədə ən çox türkdilli insan Bolqarıstanda və Rumuniyada yaşayır. Türklər bu ölkələrdə önəmli bir nüfuza malikdir. Rumuniyada iki böyük türk diaspor təşkilatı – “Türk Tatar Müsəlman dərnəyi” və “Rumuniya Demokratik Türk dərnəyi” fəaliyyət göstərir. Burada yaşayan türklərin yüzillərlə dilini və dinini, milli kimliyini qoruyub saxlaması böyük bir mücadilədir və bu kimi tədbirlər soydaşlarımız üçün əvəzsiz mənəvi dəstək rolunu oynayır.

Buna görə də tədbirin təşkilatçılarına, “Rumuniya Demokratik Türk dərnəyi”nin rəhbəri Fedbi Osman bəyə, Rumıniya Demokrat Türk Qadın Komissiyası Başqanı Melek Ahmet xanıma və müavini Nurcan İbrahimə, qədim dostum və bu qurultaylarda çox əməyi olan Düriyyə xanıma, Dərya xanıma və əməyi keçən hər kəsə dərin minnətdarlığımı bildirirəm:

“Özəlliklə yillardır yakından tanıdığım Gülten Abdulla hocama verdiyi emeklərdən dolayı təşəkkür ederim. Balkanlarda türk varlığı üçün mucadile eden büyük dava adamıdır bu zarof hanim”.

Məhz bu insanların zəhməti hesabına bu gün Rumıniyada və bütövlükdə Balkanlarda türk varlığı qorunub saxlanır. Mən Balkanlarda yaşayan türklərin həyatını öyrəndikdə bir daha əmin oldum ki, bir millətin varlığını hər şeydən öncə onun dilinin qorunması təmin edir. Türk anaları övladlarını öz dilində böyütdükcə milli varlığımız da yaşayacaq.

Bu gün qloballaşan dünya şərtləri daxilində Balkanlarda yaşayan türk gəncliyinin dilini unutması müşahidə olunur və bu təəssüf doğurur. Bu kimi tədbirlər və Türkiyə, Azərbaycan qeyri-hökumət təşkilatlarının burada yaşayan soydaşlarımıza dəstəyi bu prosesin durdurulmasına böyük yardım etmiş olar. Bu tədbiri həmin prosesin başlanğıcı saymaq olar.

Rumuniya dövləti səviyyəsində tədbirə böyük maraq göstərilmişdi və dövlət müşavirinin iştirakı təşkil edilmişdi. Belə yüksək səviyyəli tədbirin təşkilatçılarına ancaq xoş sözlər düşür və onlara uğurlar diləyirəm. Onlar bizim insanımız, onlar Fatihin övladları, Balkanlardakı Türk Varlığının bekçiləridir.

Nə mutlu türküm deyənə!!!