Ölkə

Balakəndə polisin intihar etməsi ilə bağlı araşdırmalar aparılır

Balakəndə polisin intihar etməsi ilə bağlı araşdırmalar aparılırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Balakən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşının xidməti silahla özünü vuraraq intihar etməsi ilə bağlı araşdırmalar aparılır.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, Balakən Rayon Prokurorluğunda hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisə iyunun 21-i saat 19 radələrində Balakən rayonu ərazisində baş verib. RPŞ əməkdaşı, polis serjantı Tural Əliyev ərazidə xidmətdə olarkən ona təhkim edilmiş xidməti silahla özünə atəş açaraq intihar edib.

 

 

Diasporpress.az