Bakının Nizami rayonunun bir hissəsi iki gündür susuz qalıb.
DiasporPress.az xəbər verir ki, rayonun Cəmşid Naxçıvanski küçəsi, 72 saylı binada iki gündür içməli suyun verilişində məhdudiyyətlər yaranıb.
Susuzluq bayram günlərində su çənləri olmayan sakinlərə çətinlik yaradıb.
Məsələ ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, suyun verilişindəki fasilələr xətdə baş vermiş qəza ilə əlaqədardır.
“Qeyd olunan ünvanda qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı təmir işləri başlayıb və bu gün başa çatdırılacaq”, – deyə o bildirib.
DiasporPress.az