Bakıda yaşayış kompleksinin qarşısında BMW aşdı, 20 yaşlı oğlan öldü

Bakıda yaşayış kompleksinin qarşısında BMW aşdı, 20 yaşlı oğlan öldübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Nobel prospekti, 15 ünvanında yerləşən “Azure” yaşayış kompleksinin qarşısında qeydə alınıb.

Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Tofiq Mütəllimov idarə etdiyi 99 KD 998 dövlət nömrə nişanlı BMW markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək, maşını aşırıb.

Hadisə nəticəsində sürücünün özü və sərnişini – 2004-cü il təvəllüdlü Qəhrəman Tərlan oğlu Mirişli ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. T.Mütəllimov xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlayıb.

 

DiasporPress.az