Bakıda “Xarici ticarət iştirakçılarının II Respublika Forumu” keçirilir

Bu gün Bakıda "Xarici ticarət iştirakçılarının II Respublika Forumu" keçirilir. 

Bakıda “Xarici ticarət iştirakçılarının II Respublika Forumu” keçirilirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakıda “Xarici ticarət iştirakçılarının II Respublika Forumu” keçirilir.

DiasporPress.az xəbər verir ki, Forumda 900-ə yaxın sahibkar iştirak edir.

Forumda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Kənd Təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və başqa rəsmi şəxslər iştirak edir.

Qeyd edək ki, son illər gömrük-sahibkarlıq əməkdaşlığı nəticəsində “Yaşıl Dəhliz” sisteminə qoşulan sahibkarların sayı 505-ə çatıb. Bu il üzrə ticarət dövriyyəsinin isə 30%-ə qədəri “Yaşıl Dəhliz” iştirakçılarının payına düşür.

Forumun sonunda Forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilməsi gözlənilir.

 

DiasporPress.az