Bakıda viza rejiminin sadələşdirilməsi üzrə Azərbaycan-Aİ birgə komitəsinin iclası keçiriləcək

Noyabrın 6-da Bakıda viza rejiminin sadələşdirilməsi üzrə Azərbaycan-Avropa İttifaqı (Aİ) birgə komitəsinin növbəti iclası keçiriləcək.

Bakıda viza rejiminin sadələşdirilməsi üzrə Azərbaycan-Aİ birgə komitəsinin iclası keçiriləcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 6-da Bakıda viza rejiminin sadələşdirilməsi üzrə Azərbaycan-Avropa İttifaqı (Aİ) birgə komitəsinin növbəti iclası keçiriləcək.

“Report” bu barədə mötəbər diplomatik mənbəyə istinadən xəbər verir.

Xatırladaq ki, sentyabr ayında Azərbaycan və Aİ readmissiya üzrə birgə komitəsinin iclasını keçirib.

Qeyd edək ki, Avropa İttifaqı ilə Azərbaycan 2013-cü il noyabrın 29-da Vilnüsdə keçirilən Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramında iştirak edən ölkələrin sammiti çərçivəsində viza rejiminin sadələşdirilməsinə dair müqavilə imzalayıb. 2014-cü il fevralın 28-də isə Aİ və Azərbaycan readmissiya haqqında saziş imzalayıb.

 

DiasporPress.az