Bakıda “Türk Şurası: Naxçıvan sazişinin 10 illiyi” mövzusunda beynəlxalq konfrans keçirilib – FOTO

Bu gün Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “Türk Şurası: Naxçıvan sazişinin 10 illiyi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Bakıda “Türk Şurası: Naxçıvan sazişinin 10 illiyi” mövzusunda beynəlxalq konfrans keçirilib – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DiasporPress.az  APA-ya istinadən xəbər verir ki , BMTM-nin sədri Fərid Şəfiyev bildirib ki, regionda və dünyada baş verən proseslər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) əhəmiyyətini daha da artırıb.

BMTM sədrinin sözlərinə görə, konfransın keçirilməsində məqsəd Türk Şurasının yaradılmasından keçən 10 il ərzində əldə olunan nailiyyətlər, təşkilata üzv dövlətlər arasında əlaqələr və bundan sonrakı fəaliyyət prioritetlərini müzakirə etməkdir.

F. Şəfiyev qeyd edib ki, türkdilli dövlətlərin birliyinin yaradılması ideyası Sovet İttifaqının dağılması nəticəsində, türkdilli dövlətlərin müstəqilliyini qazanmasından sonra reallığa çevrilib. O, ortaq dil və ortaq dərsliklərinin hazırlanması üzərində iş aparıldığını da diqqətə çatdırıb.

Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov bildirib ki, Türk Şurası ümumi məsələlərdə birgə əməkdaşlıq üçün əlverişli platforma rolunu oynayıb.

Nazir müavini qeyd edib ki, Türk Şurası əməkdaşlıqda hərəkətverici qüvvə olaraq fəaliyyətinə davam edəcək.

Türk Şurası Baş katibinin müavini Qismət Gözəlov vurğulayıb ki, 3 oktyabr tarixi türkdilli xalqlar və türkdilli dövlətlər tərəfindən türkdilli dövlətlərin əməkdaşlıq günü kimi qeyd olunur.

Tədbirin sonunda BMTM ilə Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzi, BMTM və Macarıstan Xarici Əlaqələr və Ticarət İnstitutu arasında anlaşma memorandumları imzalanıb.


DiasporPress.az