Badamdardakı magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə ərazisində aktivlik davam edir.
Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.
Onun sözlərinə görə, aparılan müşahidələr zamanı sürüşmə sahəsində xırda uçqunlar qeydə alınıb:
“Monitorinq və araşdırmalar davam etdirilir”.
DiasporPress.az