Bakıda qadın qonaq getdiyi Pakistan vətəndaşının 3 min dollar pulunu oğurlayıb.
DiasporPress.az-ın xəbərinə görə, hadisə paytaxtın Nəsimi rayonu, Həzi Aslanov küçəsi, ev 85 ünvanında baş verib.
Belə ki, bir neçə gün əvvəl Pakistan vətəndaşı turist kimi Bakıya gəlib. O, kirayədə yaşadığı mənzilə əylənmək məqsədilə tanımadığı qadını qonaq kimi dəvət edib.
Naməlum qadın isə gecə saatlarında ona məxsus çantadan 3 min ABŞ dolları pulu götürərək qaçıb.
Daha sonra pakistanlı turist hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları ilkin axtarış tədbirlərinə başlayıb.
DiasporPress.az