Bakıda qadını vurub hadisə yerindən qaçan şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, oktyabrın 24-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən qəsəbə sakini R.Hacıyeva vurululub və o, xəstəxanaya yerləşdirilib.
Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Xəzər Rayon polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarəti ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini A.Hüseynov saxlanılıb.
Araşdırma aparılır.
DiasporPress.az