Ölkə

Bakıda pakistanlıları döyüb, altı min dollar tələb etdilər

Oktyabrın 7-də Bakıda Pakistan vətəndaşlarını döyməkdə ittiham edilən şəxslər saxlanılıb. 

Bakıda pakistanlıları döyüb, altı min dollar tələb etdilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 7-də Bakıda Pakistan vətəndaşlarını döyməkdə ittiham edilən şəxslər saxlanılıb.

Bununla bağlı Nərimanov Rayon Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, hadisə oktyabrın 7-si axşam saatlarında Bakının Nərimanov rayonu Ə.Ağaoğlu küçəsi, ev 12-də baş verib.

İttihama əsasən, Bakı şəhər sakinləri 1991-ci il təvəllüdlü R.Mirzəyev və 1990-cı il təvəllüdlü N.Şirinli, Pakistan vətəndaşları Alişakir İftikxar Ahmed, İqbal Şaiq Qasım Ali, Nasir Xati eyni mənzildə kirayə qaldıqları pakistanlılar HKxori İmran Xalid Muhammed, Amir Cavid Muhammed Şarifli, Malik Muhammed Nadimini döyərək, onlardan altı min dollar pul tələb ediblər.

Faktla bağlı xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb. Araşdırma aparılır.

 

DiasporPress.az