Bakıda ölüm hadisəsi baş verib.
DiasporPress.az-ın məlumatına görə, paytaxtın Yasamal rayonu ərazisində küçədə orta yaşlı kişinin meyiti aşkar edilib.
Araşdırmalar zamanı meyiti tapılan şəxsin, Tovuz rayon sakini, 1972-ci il təvəllüdlü Məmmədov Müşfiq Fəxrəddin oğlu olması müəyyən edilib.
M.Məmmədovun ürək çatışmazlığından öldüyü ehtimal edilir.
DiasporPress.az