Ötən gün Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində küçədə qadın meyiti tapılıb.
Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Meyitin üzərində zorakı əlamətlərə rast gəlinməyib.
45-50 yaşlarında olan qadının şəxsiyyəti hələ müəyyən edilməyib.
Polisin ilkin versiyasına görə, qadının daimi yaşayış yeri olmayıb və səfil həyat tərzi sürüb.
DiasporPress.az