Noyabrın 29-na keçən gecə Bakı şəhərinin Binəqədi rayonunda 30 yaşlarında gənc qadın bıçaqlanaraq öldürülüb.
Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Cinayət metronun “Dərnəgül” stansiyasının yaxınlığındakı kiçik bir kafenin qarşısında törədilib.
İlkin məlumatlara görə, qadın bir kişi ilə mübahisə etdikdən sonra qətlə yetirilib. O, qadına beş bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb.
Ölən qadının şəxsiyyəti hələ müəyyənləşdirilməyib, bu istiqamətdə işlər davam etdirilir.
Binəqədi RPŞ-nin cinayət axtarış işçilərinin adı açıqlanmayan bir şübhəlini saxladığı məlum olub.
Qəsdən adam öldürmə faktı ilə cinayət işi açılıb.
DiasporPress.az