Bakıda kafe qarət edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki kafelərin birindən 10000 manat dəyərində avadanlıq oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Azayev saxlanılıb.
Faktla bağı araşdırma aparılır.
DiasporPress.az