Bakıda azyaşlı uşaq evin balkonundan yıxılaraq ölüb.
Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, L.İmanov küçəsində baş verib.
Sözügedən küçədə mənzillərdən birində yaşayan 2018-ci il təvəllüdlü Murad Muradov yaşadığı mənzilin balkonundan yıxılıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan uşaq orada həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Diasporpress.az