Bakıda evdə oğurluq hadisəsi baş verib.
“Report”un xəbərinə görə, hadisə iyulun 10-da saat 21 radələrində Nəsimi rayonu, 28 May küçəsində yerləşən evlərdən birində qeydə alınıb.
Belə ki, naməlum şəxs Z.Daşdəmirova məxsus evin pəncərəsinin kənarından 600 manat dəyərində mobil telefonu oğurlayıb.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, 1974-cü il təvəllüdlü Toğrul Qasımov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Interpress.az