Bu ilin yanvar-avqust aylarının ilkin məlumatlarına əsasən, əvvəlki ilə nisbətən Bakıda işçilərin orta aylıq nominal əməkhaqqı 4,4% artaraq, 822,2 manat təşkil edib.
DiasporPress.az-ın xəbərinə görə, bu barədə Bakı Şəhər Statistika İdarəsinin məlumatında bildirilib.
Paytaxtda ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.
Səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilər isə ən az maaş alan işçilərdir.
DiasporPress.az