Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Nərimanov rayonunda qeydə alınıb. Çağırışa gedən təcili tibbi yardım avtomobili “Yaşıl bazar”ın qarşısında yolu keçən 1953-cü il təvəllüdlü Abdullayeva Telli Tapdıq qızını vurub. Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Müayinə zamanı ona sol baldır sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.