Bakıda avtomobillə vurulan qadın ölüb.
DiasporPress.az-ın məlumatına görə, oktyabrın 25-də Yasamal rayonu Şərifzadə küçəsində 1996-cı il təvəllüdlü Yunis Mədətovun idarə etdiyi “Lada Qranta” markalı, 99-XB-914 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçən piyada 1955-ci il təvəllüdlü Münəvvər Cəfərovanı vurub.
M. Cəfərova aldığı xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.
DiasporPress.az