Bakıda ata ögey oğluna işgəncələr verib.
DiasporPress.az-ın xəbərinə görə, hadisə Nizami rayonu, R.Rüstəmov küçəsindəki evlərdən birində qeydə alınıb.
Belə ki, 28 yaşlı qadın polisə şikayət edərək qeyri-rəsmi nikahda yaşadığı həyat yoldaşı, 26 yaşlı Rüstəm Bayramovun onun 10 yaşlı oğlu H.İ.-ni mütəmadi olaraq döydüyünü bildirib.
Qadın şikayətində qeyd edib ki, R.Bayramov oğlunun bədəninə buz sürtərək çılpaq vəziyyətdə hamam otağında qaranlıq vəziyyətdə saxlayır.
Faktla bağlı araşdırma aparılır.
DiasporPress.az