Bakıda 28 yaşlı gənc qətlə yetirildi

Bakıda 28 yaşlı gənc qətlə yetirildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 19-da saat 14 radələrində paytaxtın Xətai rayonu, Sarayevo küçəsi, 13B, mənzil 73 ünvanında bədənində deşici-kəsici alətlə yetirilməyə xarakterik xəsarətlərlə meyitin aşkar olunması barədə məlumat daxil olub.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Bu barədə Report-a Xətai rayon prokurorluğundan məlumat verilib.

Aparılmış ilkin araşdırmalarla meyitin 1992-ci il təvəllüdlü Məmmədov Boran Səbuhi oğluna məxsus olması müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işinə başlanılıb, müvafiq ekspertizalar təyin olunub.

İlkin istintaqla hadisənin qeyd olunan ünvanda kirayədə yaşayan 1984-cü il təvəllüdlü Kənan Abdurahmanov tərəfindən aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Kənan Abdurahmanov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.