Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.
DiasporPress.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft-Mexanika fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü Nurlan Akif oğlu Dadaşov kirayə yaşadığı evdən dəm qazından boğularaq ölüb.
Universitetdən faktı təsdiqləyiblər.
Qeyd edək ki, N. Dadaşov 4-cü kurs tələbəsi olub.
DiasporPress.az