Bakı sakinindən külli miqdarda narkotik vasitə aşkarlanıb.
DiasporPress.az-ın xəbərinə görə, hadisə Suraxanı rayon ərazində baş verib.
Belə ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü M.Həsənlidən 4.060 qram metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
DiasporPress.az