Bakı sakini psixotrop dərman “zəhərlənməsindən” öldü

Bakıda gənc güclü psixotrop dərmanı dozadan artıq qəbul etdiyinə görə ölüb.

Bakı sakini psixotrop dərman “zəhərlənməsindən” öldübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda gənc güclü psixotrop dərmanı dozadan artıq qəbul etdiyinə görə ölüb.

Bu barədə  hüquq-mühafizə orqanlarından məlumat verilib.

Keşlə kənd sakini, 1981-ci il təvəllüdlü R.Xıdırov kəskin “dərman zəhərlənməsi” diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilib.

Bir müddət sonra xəstə ölüb.

Qeyd edək ki, paytaxtda narkotik və psixotrop dərmanların həddən artıq qəbulu nəticəsində ölüm hallarına çox rast gəlinir.

Məhkəmə tibb ekspertiza mütəxəssisləri psixostimulyasiyaedici dərmanlar almağın narkotik almaqdan daha asan olduğunu və buna görə sintetik dərman istifadə edənlərin sayının hər gün artdığını deyib.

Bundan əlavə, internetdə ev şəraitində ilk baxışdan zərərsiz görünən tibbi preparatlardan sintetik dərman hazırlamağın kifayət qədər yolları olması barədə məlumatlar da var.

Qeyd edək ki, məhz sintetik dərmanlar getdikcə insan ölümlərinin artmasına səbəb olur.

DiasporPress.az