Ölkə

Bakı razı olmadı, yeni rus komandan təyin edildi

Bakı razı olmadı, yeni rus komandan təyin edildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Qarabağdakı sülhməramlılarına yeni komandan təyin olunacaq.

Bu məlumatı “Sputnik Ermənistan” yayıb. Məlumata görə, yeni komandan general-leytenant Gennadi Anaşkin olacaq. Onun təyinatı bu gün elan olunacaq.

Qeyd edək ki, Anaşkin 1968-ci ildə Kuybışev şəhərində anadan olub. O, keçmiş Yuqoslaviyada, Çeçenistan və Gürcüstan-Rusiya müharibəsində iştirak edib.

6 sentyabrda Rüstəm Muradovun yerinə sülhməramlılara rəhbər kimi general-mayor Mixail Kosobokov gətirilib. İddiaya görə, bu təyinatdan Bakı razı deyil.

***

Hazırda Ermənistan Müdafiə Nazirliyinin binasında Rusiya MN-in nümayəndə heyətilə görüş keçirilir.

Bu barədə erməni mediası məlumat yayıb.

Görüş əsnasında rus sülhməramlılarının yeni komandanı, general-leytenant Gennadi Anaşkin də təqdim edilib.

M.Kosobokovun isə daha yüksək vəzifəyə təyin olunacağı bildirilib.