Bağdadda təhlükəsizlik qüvvələrilə nümayişçilər arasında toqquşma zamanı 4 nəfər nümayişçi polis tərəfindən açılan atəş nəticəsində ölüb, azı 24 nəfər yaralanıb.
DiasporPress.az AP-yə istinadən xəbər verir ki, mərkəzi Rəşid küçəsilə yürüş edən etirazçıların Dəclə çayı üzərindəki körpünü bağlayan təhlükəsizlik sədlərini kənara çəkib o biri sahildəki hökumət binalarının və əcnəbi səfirliklərin yerləşdiyi Yaşıl Bölgəyə yönəlmək cəhdindən sonra polis onlara atəş açıb.
Xatırladaq ki, oktyabr ayının əvvəlindən İraqın müxtəlif şəhərlərində korrupsiyaya, işsizliyə, kommunal xidmətlərin yararsız fəaliyyətinə qarşı kütləvi etiraz aksiyaları keçirilir. Bu hadisələr zamanı 250-dən artıq adam ölüb.
DiasporPress.az