Dünya

İrəvan meri Qarabağa gəldi: həyasız açıqlamalar davam edir

İrəvan meri Qarabağa gəldi: həyasız açıqlamalar davam edirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

İrəvan meri Ayk Marutyan Azərbaycanın Qarabağ bölgəsinə, rus sülhməramlılarının məsuliyyət zonasına gəlib.

Bu barədə Marutyanın mətbuat katibi məlumat yayıb.

Qeyd edilib ki, Marutyan Xankəndidə “şəhər meri” kimi özünü təqdim edən David Sərkisyan adlı şəxslə görüşəcək.

İrəvan rəsmisi bu görüşü yenə də həyasızcasına “iki paytaxt arasındakı əlaqələr” kimi təqdim edib.

Qeyd edək ki, rus sülhməramlıları 10 noyabr 2020-ci il bəyanatının şərtlərinin yerinə yetirilməsi üçün erməni tərəfinə tələblər ürəli sürmək əvəzinə bu müddəaları pozması, yenidən həyasız torpaq iddialarına əsas verən addımlar atmalarına şərait yaradır. Bəyanata görə, Ermənistan hərbi birliklərinin Azərbaycan ərazilərindən çıxması rus sülhməramlılarının yerləşməsi ilə eyni vaxtda baş verməli idi. Rus sülhməramlıları 6 aydır yerləşsə də, erməni qanunsuz silahlı birləşmələri hələ də Azərbaycan ərazilərini tərk etməyib.

Eyni zamanda, Laçın dəhlizi yalnız Qarabağda yaşayan erməni əhalinin Ermənistanla əlaqəsi üçün nəzərdə tutulsa da, Ermənistan bu dəhlizdən Azərbaycanın ərazisini pozmaq üçün gen-bol istifadə edir və rus sülhməramlıları da şərait yaradır.

 

Diasporpress.az