Ölkə

AzMİU-ya magistratura səviyyəsinə tələbə qəbulu proqnozu açıqlanıb

AzMİU-ya magistratura səviyyəsinə tələbə qəbulu proqnozu açıqlanıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023/2024-ci tədris ili üçün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) magistratura səviyyəsinə tələbə qəbulu proqnozu yerlərinin layihəsi açıqlanıb.

Bu barədə universitetdən məlumat verilib.

Layihəyə əsasən, magistratura səviyyəsinə 800 tələbə qəbulu yeri planlaşdırılıb.

Proqnozlaşdırılan yerlərdən 335-inə “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə MBA proqramı ilə qəbul elan ediləcək.

Həmin ixtisasa menecment, marketinq, tikintinin idarə edilməsi, daşınmaz əmlakın idarə edilməsi, nəqliyyatın idarə olunması, tikinti sahəsində investisiyaların idarə edilməsi, logistika və təchizat zəncirinin idarə edilməsi, ətraf mühitin idarə edilməsi, layihələrin idarə ediməsi, maliyyə və əqli mülkiyyətin idarə edilməsi üzrə ümumilikdə 11 istiqamətdə qəbul nəzərdə tutulub.

Qəbul elan ediləcək ixtisaslarda tədris dili Azərbaycan, rus və ingilis olmaqla 3 dildə olacaq. Belə ki, 310 Azərbaycan, 10 Rus, 15 qəbul yerində isə İngilis dilində tədris planlaşdırılıb.