AzMİU-da Novruz bayramı münasibəti ilə bütün işçilərə pul mükafatı veriləcək

AzMİU-da Novruz bayramı münasibəti ilə bütün işçilərə pul mükafatı veriləcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Novruz bayramı münasibəti ilə bütün işçilərə pul mükafatı veriləcək.

Diasporpress.az xəbər verir ki, AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova bu barədə əmr imzalayıb. Əmrə əsasən, universitetin əməkdaşlarına əməkhaqlarının 20 faizi dəyərində pul mükafatı veriləcək.

Qeyd edək ki, AzMİU-da işçilərin sosial vəziyyətini daha da yaxşılaşdırmaq üçün hər il bayramlarda və xüsusi günlərdə pul mükafatı verilir.