Ölkə

“Azərlotereya” ASC “Ətraf Mühit, Sosial və Korporativ İdarəetmə üzrə I Bakı Beynəlxalq Konfransı”nın baş sponsoru olub (R)

“Azərlotereya” ASC “Ətraf Mühit, Sosial və Korporativ İdarəetmə üzrə I Bakı Beynəlxalq Konfransı”nın baş sponsoru olub (R)backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC korporativ sosial məsuliyyət və dayanıqlı inkişafla bağlı prioritet mövzuları əhatə edən daha bir önəmli tədbirə dəstək olub. Şirkət ölkəmizdə ilk dəfə keçirilən “Ətraf Mühit, Sosial və Korporativ İdarəetmə üzrə I Bakı Beynəlxalq Konfransı”nda baş sponsor kimi çıxış edib.

Konfransın keçirilməsində əsas məqsəd müxtəlif sahələrdə çalışan, geniş təcrübəyə malik tanınmış ictimai xadimlər və mütəxəssisləri bir araya gətirməklə KSM və dayanıqlı inkişaf üzrə mühüm mövzuların müzakirəsi əsasında növbəti illər üçün yol xəritəsinin hazırlanmasına töhfə verməkdir.

Konfransda “Azərlotereya” ASC-nin ölkəmizin inkişafında önəmli rola malik uğurlu KSM təcrübəsi bölüşülüb, şirkətin həyata keçirdiyi “Əmanətə sədaqət” layihəsi vətənpərvərlik mövzusunda örnək işlərdən biri kimi iştirakçıların marağına səbəb olub. Vurğulanıb ki, sözügedən layihə əsasında vətən uğrunda canlarından keçmiş şəhidlərimizin övladlarının təhsil və yaşam xərcləri qarşılanır.

Tədbirdə çıxış edən “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Zafer Reisoğlu müxtəlif önəmli mövzular üzrə örnək olan KSM təşəbbüslərin icra olunması üçün konfransın işini yüksək qiymətləndirib. Bildirib ki, “Azərlotereya” ASC fəaliyyətində hər zaman cəmiyyətin inkişafına hesablanan sosial yönümlü layihələrə böyük önəm verərək bu çərçivədə ölkə əhəmiyyətli tədbirlərin təşkilinə dəstək olmağa çalışır.

Konfrans ictimaiyyətin diqqətini çəkmiş KSM layihələrin nümayişilə davam edib.