Səsləndirilən fikirlər doğrudur. “Azəristiliktəchizat” ASC-nin “Azəriqaz”a borcu var.
DiasporPress.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının Qərargahında keçirilən mətbuat konfransında “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev bildirib.
Onun sözlərinə görə, bu təbii haldır:
“Biz belə bir borcun olduğunu bilirik və etiraf edirik. Aradan qaldırmaq üçün bütün addımlar atılır. Borc vətəndaşlara heç bir problem yaratmayacaq”.
DiasporPress.az