Rusiyanın Tomsk vilayətində azərbaycanlının qanunsuz miqrasiyasının təşkilatçılarına şərti cəzalar verilib.
“RİA Tomsk”un xəbərinə görə, Baş Federal Təhqiqat İdarəsinin əməkdaşları Orta Asiya və Cənubi Qafqaz sakinləri üçün sənədlər hazırlayan cinayətkar qrupun fəaliyyətini dayandırıblar.
Məsələ ilə bağlı 50-dən çox xarici şahid dindirilib.
Qanunsuz fəaliyyətlə məşğul olan qadınlar üç və iki il şərti cəza alıb.
Rusiya DİN-in Miqrasiya Baş İdarəsinin məlumatına görə, yanvar-sentyabr aylarında 4,3 milyon xarici vətəndaş iş məqsədilə ölkəyə daxil olublar.
Onların əksəriyyəti paytaxta, Sankt-Peterburq və Leninqrad, eləcə də, Sverdlovsk vilayətinə gəliblər.
Qeyd edilir ki, hazırda Azərbaycan, Abxaziya, Moldova, Tacikistan, Özbəkistan və Ukrayna vətəndaşları Rusiya Federasiyasında patentlə işləyə bilərlər.
DiasporPress.az