Dünya

Azərbaycanlılar və ermənilər Qarabağda dinc yaşaya biləcəklərmi?- Səfir Qüdsi Osmanov bunu qeyri-mümkün saymır

Azərbaycanlılar və ermənilər Qarabağda dinc yaşaya biləcəklərmi?- Səfir Qüdsi Osmanov bunu qeyri-mümkün saymırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

“Ermənistan 30 ildir işğal altında saxladığı Qarabağda mülki şəxslərin düşərək həyatlarını itirdiyi minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina edir, dünya ictimaiyyəti isə buna göz yummaqda davam edir”.

Diasporpress.az “Noi.md” saytına istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qudsi Osmanov deyib.

Səfir Osmanov ötən ilin noyabrında başa çatan İkinci Qarabağ müharibəsi ilə Azərbaycanın cəsur lideri İlham Əliyev və igid ordumuzun sayəsində ölkəmizin 30 ildir erməni işğalı altında olan qanuni torpaqlarını geri qaytardığını diqqətə çatdırıb.

“İşğal illərində Dağlıq Qarabağ xarabalığa çevrilib. Şəhər və kəndlər nüvə partlayışından sonrakı Xirosima və Naqasakidən belə pis vəziyyətdə görünür. Qarabağı tərk edən ermənilər məscidləri, qəbiristanlıqları, abidələri, məktəbləri, xəstəxanaları, evləri dağıtmaqla, meşələri və tarlaları yandırmaqla kifayətlənməyiblər. Onlar həm də heç vaxt yaşamadıqları ərazilərə minalar basdırıblar. Azərbaycanın azad edilmiş torpaqlarında quruculuq işlərinə başladığı bu günlərdə sivil insanlar hələ də ölməyə davam edirlər”,-deyə o bildirib.

Qüdsi Osmanovun sözlərinə görə, 2020-ci ilin noyabr ayının 10-dan bu yana 5 hərbi qulluqçu və 9-u mülki vətəndaş olmaqla, 14 Azərbaycan vətəndaşı Qarabağda mina partlayışlarının qurbanı olub. 52 hərbçi və 8 mülki şəxs isə müxtəlif dərəcədə yaralanıb. Azərbaycan tərəfi dəfələrlə erməni komandanlığından Qarabağda yaradılan minalanmış ərazilərin xəritələrini istəsə də, rəsmi İrəvandan müsbət cavab gəlməyib. Halbuki humanizm prinsiplərdən irəli gələrək, onlar döyüş əməliyyatları bitdikdən dərhal sonra bunu etməli idilər.

1382.jpg (80 KB)

  Səfir Qüdsi Osmanov

“Ancaq dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların yenidən həmişəki kimi susmaları və bu məsələdə Ermənistana hər hansı bir şəkildə təsir göstərməmələri rəsmi Bakını olduqca hiddətləndirir. Çünki mina xəritələri olmadan günahsız Azərbaycan vətəndaşları bu ərazilərdə ölməyə davam edəcək, minaların təmizlənməsi hələ bir neçə il çəkəcək. Belə bir vacib problemi necə görməzdən gəlmək olar? İnsan və onun təhlükəsizliyi hər bir dövlət üçün ən yüksək dəyər olmalıdır. Yalnız bir-birinizlə görüşmək və gülümsəmək kifayət deyil, qəti tədbirlər görmək lazımdır”,-deyə səfir Osmanov bildirib.

Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti ölkə vətəndaşlarının zərər görməməsi üçün mümkün olan hər şeyi edir.

Belə ki, Prezident İlham Əliyev şəxsən vətəndaşlara azad edilmiş bölgələrə səyahət etməkdən çəkinmələri ilə bağlı müraciət edib. Media bu barədə davamlı yazır, dövlət qurumları əhaliyə Qarabağa səyahətin təhlükələri barədə xəbərdarlıq videoları yayımlayır və s. Ancaq bu, nə xəritələri təqdim etməkdən imtina etdiyinə görə İrəvanı, nə də bu məsələnin yanından sükutla keçən beynəlxalq cəmiyyətin üzərindəki məsuliyyəti ortadan qaldırmır. Qüdsi Osmanov hələ Birinci Qarabağ müharibəsindən sonra doğma yurdlarından köçkün düşmüş Azərbaycan vətəndaşlarının yaxın gələcəkdə öz torpaqlarına qayıtmağa can atdıqlarına diqqət çəkib:

“Və buradan belə bir sual yaranır: onların qayıtması necə baş verəcək və bütün bunlardan sonra Qarabağda qalan ermənilər eyni torpaqda azərbaycanlılarla dinc yanaşı yaşaya biləcəklərmi?”,-deyə sual ortaya çıxır.

1605603366425_rhwSyNin.jpg (94 KB)

Diplomatın sözlərinə görə, bu sualın cavabı çoxdan Azərbaycan hakimiyyəti tərəfindən verilib. Rəsmi Bakı dəfələrlə Qarabağda ermənilərin və azərbaycanlıların dinc yanaşı yaşaması üçün əlindən gələni edəcəyini bildirib. Prezident İlham Əliyev çıxışlarında Azərbaycanın öz vətəndaşlarına – Azərbaycanın tam vətəndaşı sayılan bölgədə yaşayan ermənilərə ölkə qanunları ilə qorunacaqlarını və təhlükəsizliklərinin təmin olunacağını dəfələrlə qeyd edib.

Qüdsi Osmanov müharibə bitdikdən sonra ermənilərin yenidən Azərbaycanın nəzarətinə keçən əraziləri ordu tərəfindən hər hansı təzyiq olmadan sakitcə tərk etdiyini, əllərində olan hər şeyi özləri ilə apardıqlarını xatırladıb. Azərbaycanda isə 90-cı illərdə azərbaycanlıların Qarabağdan necə qovulduğunu – qış aylarında, əyinlərində qalın paltar olmadan, ayaqyalın, silah təhdidi ilə çıxarıldığını çox gözəl xatırlayırlar. “Yalnız bu fakt, qalib gələn Azərbaycanın Qarabağın dinc əhalisinə qarşı düşmənçilik planları daşımadığına və sülhə meylli olduğuna dəlalət edir”, -deyə Azərbaycanın Moldovadakı səfiri söyləyib.

Bundan əlavə, o, dünyanın hər yerində yüz minlərlə azərbaycanlı və erməninin dinc, yanaşı yaşadığını vurğulayıb:

“Məsələn, Rusiyada iki xalqın nümayəndələri dostdur və birlikdə işləyirlər. Üstəlik, Bakıda və Azərbaycanın digər böyük şəhərlərində təxminən 30 min erməni yaşayır və onları heç bir şey təhdid etmir.

Buna görə də azərbaycanlılar və ermənilər Qarabağda da birlikdə yaşaya bilərlər, lakin burada hər şey böyük ölçüdə erməni tərəfinin özündən, istək və anlayışından asılıdır. Azərbaycan Qarabağda yaxın illərdə – onun bərpası üçün nəhəng vəsait qoyacaq. Onlar bunun hər şeydən əvvəl özləri üçün iqtisadi baxımdan daha yaxşı olacağını biləcəklərmi? Məsələn, Azərbaycanı Naxçıvan Muxtar Respublikası və Ermənistanla birləşdirəcək olan dəmir yolunun inşasına başlanılıb. Güləbird su elektrik stansiyası cəmi bir neçə ayda bərpa edilib.

Ölkəmizin münaqişəyə meylli olmadığını, bəzilərinin deməyi xoşladığı kimi bizim “döyüşçü mentalitetinə” sahib olmadığımızı başa düşmək lazımdır. Biz sadəcə özümüzə məxsus olanı – ata-baba torpaqlarımızı və qanuni ərazilərimizi qaytardıq. Bunun əksi ola bilməzdi. Bizlər müharibə istəmirdik – 30 il ərzində Azərbaycan münaqişəni sülh yolu ilə, danışıqlar yolu ilə həll etməyə çalışdı, İrəvan isə tərəflərin sülhə yaxınlaşdığı zamanlarda prosesi baltaladı və müxtəlif təxribatlara əl atdı”,-deyə diplomat bəyan edib.

O, erməni tərəfinin Qarabağda ermənilərin və azərbaycanlıların birgə yaşayışına hər zaman qarşı çıxdıqlarını da vurğlayıb. “Məsələn, ötən ilin noyabrın ayının 5-də parlamentdə çıxış edən Ermənistanın ozamankı xarici işlər naziri Zohrab Mnatsakanyan Qarabağın Azərbaycan daxilində gələcəyinin olmadığını xüsusilə vurğulayırdı. Prezident Armen Sərkisyan başda olmaqla bu ölkənin digər rəsmiləri də oxşar populist açıqlamalar verib.

1582715665491_i8tebeIN.jpeg (63 KB)

Məhz Armen Sərkisyan və onun əlləri günahsız insanların qanına batmış, soydaşlarımıza qarşı Xocalıda soyqırım törədən sələfləri-Robert Köçəryan və Serj Sərkisyan, xalqlarımızın münaqişədə yaşamasının əsas səbəbkarları sayılırlar. Bununla yanaşı, 30 il ərzində hakimiyyətdə olmaq üçün erməni xalqının beynini yalançı vətənpərvərlikləri ilə yuyanlar da məhz onlardır. Sadə erməni vətəndaşları artıq bunu anlamağa başlayıblar. Onlar övladlarının vətən uğrunda deyil, yad bir torpaqda öldüklərini, hakimiyyətdəki cinayətkarların özlərini zənginləşdirmək üçün onlardan istifadə etdiklərini başa düşürlər. Həqiqətən Sarkisyanın və ya Köçəryanın oğullarının 44 günlük müharibədə vuruşduğunu gördünüzmü? Xeyr. Orada əslində heç də döyüşmək istəməyən sadə erməni oğlanları öldürüldü. Ermənistanın indi dərin bir böhran içində olmasında çoxlarının günahlandırmağa çalışdığı Paşinyan deyil, məhz bu üçlük günahkardır. Bütün bu 30 il ərzində erməni xalqı onsuz da kasıblıq içində yaşayıb və əziyyət çəkib”,-deyə Qüdsi Osmanov qeyd edib.

Səfir Ermənistanın Qafqazın ən kasıb ölkəsi olduğunu, orada heç bir şey tikilmədiyini, iqtisadiyyatın heç bir şəkildə inkişaf etmədiyini, ancaq hakim elitanın saraylarının hər il daha da yüksəldiyini söyləyib.

Onun bildirdiyinə görə, Qarabağ bu adamlara şəxsi sərvətlərini artırmaq üçün lazım olub:
“Erməni diasporasının nümayəndələri isə illər boyu Qarabağdan qiymətli əsərləri, ikonaları, dəyərli metal məmulatlarını, xüsusən də qızılı çıxararaq xaricə daşıyıb, satıblar. Bununla bağlı Azərbaycanda cinayət işləri də açılıb”.

Azərbaycan diplomatı baş nazir Nikol Paşinyanın rəsmi Bakı ilə münasibətləri yaxşılaşdırmaq şansını verdiyini deyib. Onun sözlərinə görə Nikol Paşinyan da əvvəlcə eyni saxta vətənpərvərlik sxemindən istifadə edib xalqlarımız arasında nifrəti qızışdırmağa çalışsa da, sonradan özünə gəlib vaxtında kapitulyasiya aktını imzaladı.

“Bunun üçün ermənilər ona bir daha təşəkkür edəcəklər”,- deyə diplomat qeyd edib.

Onun söylədiynə görə, bu gün Azərbaycan rəhbərliyi öz növbəsində iki icmanın azərbaycanlı və erməni icmalarının Dağlıq Qarabağda dinc yanaşı yaşaması üçün hər şeyi edir.

“Bu, heç də asan görünməməlidir, çünki 1990-cı illərdə bir çox Azərbaycan vətəndaşı vəhşicəsinə öldürülüb, şikəst edilib, evləri yandırılıb və qaçqın kimi yaşamağa məcbur edilib. Birinci Qarabağ müharibəsi zamanı Xocalı soyqırımı aktı törədilib. 63-ü uşaq, 106-ı qadın, 70-i qoca olmaqla 613 günahsız Xocalı sakini öldürülüb, onlardan 76 nəfəri müxtəlif dərəcədə yaralanıb, 1275 nəfər əsir götürülüb. 487 nəfər. 68 qadın və 26 uşaq da daxil olmaqla 150 əsirin aqibəti ilə bağlı bu günə qədər heç bir xəbər yoxdur. Erməni tərəfinin işğal etdiyi bütün torpaqlarda azərbaycanlılara qarşı qırğın baş verib.

Xocalıdakı hadisə hələ bilinən ən böyük faciə sayılır. Lakin erməni tərəfinin vəhşiliyinə məruz qalmış bir çox başqa şəhər və kənd var. 1992-ci ilin aprel ayının 8-də Kəlbəcər rayonunun Ağdaban kəndində törədilmiş soyqırımı xatırlamaq kifayətdir. 130 evdən ibarət olan bu kənd tamamilə yandırılıb: 779 mülki insan görünməmiş işgəncələrə məruz qoyulub, 67 nəfər vəhşicəsinə qətlə yetirilib, iki nəfər itkin düşüb, 12 nəfər isə ağır yaralanıb. Zəngilanın işğalı zamanı ermənilər dinc azərbaycanlıların keçid yollarını tamamilə bağlayıblar. Ermənilərin əlindən xilas olmaq üçün zəngilanlılar qonşu İrana keçmək üçün özlərini Araz çayına atıblar. Burada çox insan çayda boğulub. 1992-ci ilin avqust ayının 28-də Ermənistan silahlı qüvvələri Goranboy rayonunun Ballıqaya kəndinə hücum edərək, Laçın rayonundan buraya sığınan qaçqınlara qarşı qanlı qırğın törədiblər və nəticədə Laçının 24 sakini öldürülüb. Nəticədə isə bir milyona yaxın azərbaycanlı Dağlıq Qarabağı tərk etmək məcburiyyətində qalıb”,-deyə Azərbaycan diplomatı bildirib.

“Beləliklə, bütün bu faciələrin yalnız hər bir azərbaycanlı məcburi köçkünə deyil, onların dostlarına, qohumlarına, tanışlarına da təsir etdiyini başa düşmək lazımdır. Şübhəsiz ki, bu amansız və qeyri-insani cinayətlərə, azərbaycanlıların soyqırımına görə hərbi cinayətkarlar-Serj Sərkisyan və Robert Köçəryan məsuliyyət daşıyırlar. Faciə qurbanlarının yaxınları bütün bunları bağışlaya və unuda biləcəklərmi- bunu zaman göstərəcək. Lakin bizlər 1915-1918-ci illərdə bir çox azərbaycanlının da erməni faşizminin qurbanı olduğunu, ancaq iki xalqın sonradan uzun illər boyu dinc şəkildə yanaşı yaşamağı bacardığını xatırlayırıq. Həqiqətən bu məsələ gələcək üçün olduqca mürəkkəb görünsə də, qeyri-mümkün də deyil”,-deyə səfir Osmanov qeyd edib.

Azərbaycan səfiri buna nümunə olaraq Fransa və Almaniyanı göstərib. “İki dövlət arasında uzun illər çəkən müharibələr dəfələrlə baş verib. Lakin onlar barışıq üçün imkan tapdılar və bir dam altında, dinc yaşadıqları Avropa Birliyini yaratdılar. İndiki vaxtda onları yalnız ümumi tarix deyil, həm də iqtisadi maraqlar bağlayır. Qarabağdakı ermənilər və azərbaycanlılar belə davranmalıdırlar. Başqa bir yol da yoxdur. Dünya birliyi rəsmi İrəvanın yeni cinayətlərinə göz yummamalı, dinc insanların qanının tökülməməsi üçün Azərbaycana minalanmış ərazilərin xəritələrinin verilməsi ilə bağlı Ermənistana təzyiq göstərməlidir”,-deyə Azərbaycanın Moldovadakı səfiri sonda bildirib.

 

Diasporpress.az