Diaspor

Azərbaycanlı nümayəndə heyəti Kiyevdə ”Ərazi bütövlüyü sabitlik və təhlükəsizliyin əsasıdır” mövzusunda tədbirə qatılacaq — FOTO

Azərbaycanlı nümayəndə heyəti Kiyevdə ”Ərazi bütövlüyü sabitlik və təhlükəsizliyin əsasıdır” mövzusunda tədbirə qatılacaq — FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 14-də Ukraynanın paytaxtı Kiyev şəhərində Avropa Azərbaycanlılar Konqresinin Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi ilə birgə ”Ərazi bütövlüyü sabitlik və təhlükəsizliyin əsasıdır” mövzusunda dəyirmi masa təşkil ediləcək.

Demokrat.az xəbər verir ki, tədbirdə Ukrayna və digər ölkələrdən siyasi partiyaların nümayəndələri, beynəlxalq ekspertlər, siyasətçilər, millət vəkilləri iştirak edəcəklər.

Eyni zamanda sözügedən toplantıda Avropa Azərbaycanlılar Konqresinin (AAK) Prezidenti Sahil Qasımovun, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyevin, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri, AAK-nin vitse-prezidenti İlham İsmayılovun, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyninin çıxışları gözlənilir.

Tədbir iştirakçıları Kiyevdə ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın abidələrini ziyarət edəcəklər.

Fotoğrafı Aç