Azərbaycan Milli yığma komandasının Polşanın Kielts şəhərində keçirilən Gənclər arasında Boks üzrə Dünya çempionatında gənc təmsilçisi Əli Zamanov 52 kq çəki dərəcəsində, keçirdiyi 16/1 döyüş mərhələsində Erməni rəqibi R.Qarboyanı 3:0 hesabı ilə məğlub edib. Diasporpress.az xəbər verir ki, ikinci təsnifatı keçirən A.Zamanov 8/1 döyüş mərhələsində Tayland təmsilçisi T.Aonyaem 3:1 hesabı ilə məğlub edərək 4/1 mərhələyə yüksəlib.
İdmançımızın növbəti döyüşü Rusiya təmsilçisi E.Zhorov ilə olacaq.
Qeyd edək ki, Rusiya təmsilçisi ilə keçirilən döyüş Bakı vaxtı ilə saat 16:00 da AİBA-nın rəsmi Youtube kanalında yayımlanacaq. İdmançımıza bu mübarizədə uğurlar arzulayırıq.
Diasporpress.az