Tanınmış ekstrasens Nadim Alixanov ölüm ayağındadır.
DiasporPress.az xəbər verir ki, dünən 34 yaşını qeyd edən edən ekstrasens dostları ilə birlikdə Moskva restoranlarının birində toplaşıb.
Məclisin qızğın yerində Nadim və dəvətlilər qəflətən silahlı hücuma məruz qalıb. Nadim Əlixanov və bir rusiyalı qız ağır yaralanıb.
Məclisdə kriminal aləmin nümayəndələri olduğundan hadisənin qisas zəminində törədildiyi istisna olunmur.
Nadim Alixanovun qardaşı Nofiq Alixanov faktı təsdiqləyib. O, qardaşının hazırda reanimasiyada olduğunu bildirib.
DiasporPress.az