Gürcüstanın ədliyyə naziri Rati Breqadze və Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyev arasında görüş keçirilib.
Bu barədə Gürcüstanın Ədliyyə Nazirliyi məlumat yayıb.
Nazir səfirə rəhbərlik etdiyi dövlət qurumunun prioritetlərini təqdim edib.
Görüşdə hər iki ölkənin ədliyyə nazirlikləri arasında əməkdaşlıq və gələcək planlar müzakirə olunub.
F.Quliyev nazirə əməkdaşlığa görə minnətdarlığını bildirib.