Ölkə

Azərbaycanın sevilən sənətçisi Elçin Cəfərov Şimali Kiprdə konsert verib – FOTOLAR

Azərbaycanın sevilən sənətçisi Elçin Cəfərov Şimali Kiprdə konsert verib – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın sevilən sənətçisi, gənc bəstəkar və müğənni Elçin Cəfərov Şimali Kipr Türk Respublikasında konsert proqramı verib.

Diasporpress.az xəbər verir ki, konsert proqramı Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təqdim olunub.

Konsert proqramı Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi və 28 May – Azərbaycanın Müstəqillik Gününə həsr edilib.

Konsert proqramında Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu, Türkiyənin Şimali Kipr Türk Respublikasındakı səfiri Metin Feyzioğlu, Azərbaycanın Diasporla İşlər üzrə Dövlət Komitəsinin nümayəndəsi Əli Elbəy, Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri, İnterpress Media Qrupunun rəhbəri Toğrul Allahverdili, Şimali Kiprdən millət vəkilləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, media təmsilçiləri, eləcə də Şimali Kiprdə yaşayan soydaşlarımız iştirak ediblər.

Vətənpərvər mahnıları dillər əzbəri olan E.Cəfərovun ifası tədbir iştirakçıları tərəfindən alqışla qarşılanıb.