Diaspor

Azərbaycanın qalmaqallı diaspor sədri istefa verdi – EKSKLÜZİV 

Azərbaycanın qalmaqallı diaspor sədri istefa verdi – EKSKLÜZİVbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mətbuatda adı qalmaqallarda hallanan Azərbaycan diasporunun sədri istefa verib.

Diasporpress.az-ın əldə etdiyi özəl məlumata görə, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar istefa verib.

O, istefasının səbəbini səhhətindəki problemlərlə əlaqələndirib.

Qeyd edək ki, keçmiş fedarasiya sədrinin adı Türkiyə və Azərbaycan mətbuatında daima qalmaqallı hadisələrdə hallanıb.

Ümumiyyətlə, onun fəaliyyəti dövründə təşkilat daxilində parçalanmaların və narazılıqların baş alıb getdiyi iddia olunub.

Qeyd edilib ki, B.Dündarın Türkiyədə təşkil olunan diaspor tədbirlərinə dəvət almaması hər zaman müşahidə olunub. Bunun isə Dündarın fəaliyyətində yol verdiyi nöqsanlarla əlaqədar olduğu bildirilir.

Məlumata görə, Azərbaycanın sabiq diaspor sədrinin yarıtmaz fəaliyyətindən narazı olan digər diaspor fəalları və nümayəndələri onu təşkil olunan tədbir və mərasimlərdə görmək istəmədiklərini ifadə ediblər.

Xatırladaq ki, indiyədək diasporpress.az saytında B.Dündarın neqativ fəaliyyətindən bəhs edən onlarla material dərc olunub.