Diaspor

Azərbaycanın Gürcüstandakı Səfirliyi Ulu Öndər Heydər Əliyevə həsr olunan beynəlxalq videokonfrans keçirmişdir

Azərbaycanın Gürcüstandakı Səfirliyi Ulu Öndər Heydər Əliyevə həsr olunan beynəlxalq videokonfrans keçirmişdirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Gürcüstandakı Səfirliyi Ulu Öndər Heydər Əliyevə həsr olunan beynəlxalq videokonfrans keçirmişdir

Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyin təşəbbüsü ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 17-ci ildönümü ilə bağlı “Azərbaycanla Gürcüstan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında Heydər Əliyevin rolu” mövzusunda beynəlxalq videokonfrans keçirilmişdir.

Konfransda Azərbaycan Respublikasından aşağıda qeyd olunan şəxslər iştirak etmişlər:

–      Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini – Xələf Xələfov;

–      Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri – Faiq Quliyev;

–      AR Milli Məclisinin Gürcüstanla dostluq qrupunun həmsədri, deputat – Arzu Nağıyev;

–      AR Milli Məclisinin Gürcüstanla dostluq qrupunun üzvü, deputat – Əminə Ağazadə;

–      AR Milli Məclisinin Gürcüstanla dostluq qrupunun üzvü, deputat – Məzahir Əfəndiyev;

–      GUAM Parlament Assambleyasında AR nümayəndə heyətinin rəhbəri, deputat – Elnur Allahverdiyev;

–      AR Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini – Vaqif Seyidbəyli;

–      Ulu Öndər Heydər Əliyevin Prezidentliyi dövründə Azərbaycan Respublikasının Milli siyasət məsələləri üzrə Dövlət müşaviri olmuş, hal-hazırda AR-in Qırğızıstandakı Fövqəladə və Səlahiyyətli Səfiri – Hidayət Orucov;

–      “SOCAR Georgia”-nın baş direktoru – Mahir Məmmədov;

–      Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş konsulu – Pərviz İsmayılzadə.

       Konfransda Gürcüstandan aşağıda qeyd olunan şəxslər iştirak etmişlər:

–      Gürcüstan Xarici İşlər nazirinin müavini – Laşa Darsalia;

–      Gürcüstanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri – Zurab Pataradze;

–      Gürcüstan Parlamentinin vitse-spikeri, Azərbaycanla dostluq qrupunun həmsədri, GUAM Parlament Assambleyasında Gürcüstan nümayəndə heyətinin rəhbəri – Kaxa Kuçava;

–      Gürcüstan Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Departamentinin rəhbəri – Marine Narçemaşvili;

–      Gürcüstan Xarici İşlər Nazirliyinin Qonşu Ölkələrlə Əlaqələr Departamentinin rəhbəri – Malxaz Mikeladze;

–      Gürcüstanın Gəncə şəhərindəki Baş konsulu – Nikoloz İaşvili;

–      Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Nazirliyinin Kvemo-Kartli regionu üzrə nümayəndəsi – Ayaz Məmmədov;

–      Gürcüstan Parlamentinin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri – Tamuna Kolbaya;

–      Gürcüstan Xarici İşlər Nazirliyinin Qonşu Ölkələrlə Əlaqələr Departamentinin üçüncü katibi – Medea Tamazaşvili.

Konfransı açılış nitqi ilə açan Səfir Faiq Quliyev, Səfirliyin təşəbbüsünə qoşularaq Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək üçün bir araya gələn konfrans iştirakçılarına təşəkkür etmişdir. O, Azərbaycan xalqının Ümummilli Liderinin Gürcüstanla Azərbaycan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında əvəzsiz xidmətlərindən bəhs etmiş,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə iki dost və qardaş ölkələrin münasibətlərinin daha da genişləndiyinə vurğu etmişdir.

Daha sonra konfransın fəxri qonağı qismində çıxış edən Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Xələf Xələfov, Ümummilli Lider Heydər Əliyevin Gürcüstanla əlaqələrə verdiyi önəmdən söz açaraq, iki dövlət arasında əlaqələrin təməlini Ulu Öndərin Gürcüstana ilk rəsmi səfərində qoyulduğuna vurğu etmişdir. X.Xələfov Azərbaycan Respublikasının öz ərazilərini Ermənistan işğalından azad etdiyi 44 günlük Vətən müharibəsi dövründə Gürcüstanın verdiyi dəstək və göstərdiyi həmrəyliyə görə təşəkkürünü bildirmişdir.

Sonra çıxış edən konfransın digər fəxri qonağı Gürcüstan Xarici İşlər nazirinin müavini Laşa Darsalia, Ulu Öndər Heydər Əliyevin Gürcüstanla əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında danılmaz rolunun olduğunu, iki ölkə arasında dost və qonşuluq münasibətlərinin hal-hazırda da yüksələn templə inkişaf etdiyini bildirmişdir. L.Darsalia Gürcüstanın daim Azərbaycanın yanında olacağını, Heydər Əliyevin iki ölkə arasında münasibətlərin inkişafı üçün atdığı təməlin Prezident İlham Əliyev ilə Gürcüstanın hazırkı rəhbərliyinin qoruyub və daha da mökəmləndirəcəyinə əminliyini çatdırmışdır.

Daha sonra konfrans plenar iclas ilə öz işinə davam etmişdir. Plenar iclasda çıxış edənlər: Gürcüstanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri – Zurab Pataradze, AR-in Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini – Vaqif Seyidbəyli; Ulu Öndər Heydər Əliyevin Prezidentliyi dövründə Azərbaycan Respublikasının Milli siyasət məsələləri üzrə Dövlət müşaviri olmuş, hal-hazırda AR-in Qırğızıstandakı Fövqəladə və Səlahiyyətli Səfiri – Hidayət Orucov; Gürcüstan Parlamentinin AR Milli Məclisinin dostluq qrupunun həmsədri, GUAM Parlament Assambleyasında Gürcüstan nümayəndə heyətinin rəhbəri – Kaxa Kuçava; AR Milli Məclisinin Gürcüstan Parlamenti ilə dostluq qrupunun həmsədri – Arzu Nağıyev; “SOCAR Georgia”-nın baş direktoru – Mahir Məmmədov; GUAM Parlament Assambleyasında AR nümayəndə heyətinin rəhbəri – Elnur Allahverdiyev; AR Milli Məclisinin Gürcüstanla dostluq qrupunun üzvü – Əminə Ağazadə; Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş konsulu – Pərviz İsmayılzadə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Azərbaycan ilə Gürcüstan arasında ziddiyyətlərin aradan qalxdığı,  xarici və daxili siyasətdə milli mənafeləri təmin edən strategiyanın həyata keçirildiyi bildirilmişdir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə 1995-ci ildə Azərbaycan ilə Gürcüstan dövlətləri arasında bağlanan müqaviləyə əsasən siyasi, iqtisadi, hərbi və kommunikasiya sahələrində yeni mərhələyə qədəm qoyulduğu bildirilmişdir.

Çıxış edənlər ölkələr arasında diplomatik münasibətlər qurulandan sonra istər regional, istərsə də qlobal məsələlərdə iki dövlətin həmişə eyni mövqedən çıxış etməsini vurğulanmışlar.

Konfrans iştirakçıları ikitərəfli münasibətlərin Ulu Öndər Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfərindən sonra daha da inkişaf etməyə başlamasına vurğu etmişlər.

İştirakçılar Heydər Əliyevin və Eduard Şevardnadzenin əsasını qoyduğu strateji əməkdaşlıq əlaqələrinin hal-hazırda uğurla davam etdiyini qeyd edərək, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TRASEKA, Bakı-Tbilisi-Qars və Trans-Anadolu Qaz Boru Kəməri kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələrinin Gürcüstanla Azərbaycanı birləşdirən amillər olduğuna diqqət çəkmişlər. Həmçinin, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar daxilində əməkdaşlığın ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirdiyini vurğulamışlar.

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə, 1999-cu il noyabrın 18-də İstanbulda keçirilmiş ATƏT-in Sammiti çərçivəsində imzalanan “Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası ərazilərindən xam neftin nəqli haqqında” Sazişin region ölkələrinin strateji əməkdaşlığı və Avropaya inteqrasiyası sahəsində ciddi addım olmasına diqqət çəkmişlər.

Konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında iki dost və qonşu ölkələrin strateji əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndiyinə vurğu etmişlər.

Daha sonra iştirakçılar konfransın yekununa dair müzakirələr aparmış, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı qoyulan məhdudiyyətlərin aradan qaldılmasından sonra Ulu Öndər Heydər Əliyev ilə bağlı növbəti konfransın Tbilisi şəhərində keçirilməsini təklif etmişlər.

Konfransın sonunda Səfir Faiq Quliyev yekun nitq ilə çıxış edərək, Ulu Öndər Heydər Əliyevin xatirəsinə hörmətlə yanaşıb Səfirliyin keçirdiyi beynəlxalq konfransda iştirak edən şəxslərə minnətdarlığını bildirmiş, növbəti konfransın Tbilisi şəhərində keçirilməsi üçün Səfirlik tərəfindən lazımi hazırlıqların görüləcəyini qeyd etmişdir.

Diasporpress.az