Diaspor

Azərbaycanın diaspor sədri Özbəkistan Prezidenti ilə görüşüb

Azərbaycanın diaspor sədri Özbəkistan Prezidenti ilə görüşübbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

21 mart 2023 il tarixində Özbəkistan Respublikasında “Yeni Özbəkistan” parkında Novruz bayramına həsr olunmuş şənliklər keçirilmişdir.

İnterpress.az xəbər verir ki, Bayram münasibətı ilə bu rada milli mədəniyyət mərkəzlərinin Novruz bayramı ilə bağlı adət-ənənələrini nümayiş etdirən sərgiləri təşkil olunub.

Bayram tədbirində Prezident Şavkat Mirziyoyev iştirak edib, Novruz bayramı münasibətı ilə Özbəkistan xalqına təbrik və xoş arzularla müraciət edib. Parkda folklor-etnoqrafik kollektivlərin və incəsənət ustalarının çıxışları, milli oyunlar və askiyalardan ibarət böyük bayram konserti olub.

Bayram şənliklərindən sonra prezident milli mədəniyyət mərkəzlərinin və xalq sənətkarlığının sərgilərinə baxıb, burada Özbəkistanın milli diasporlarının nümayəndələri, o cümlədən Azərbaycan diasporunun nümayəndələri ilə söhbət edib. Prezident uğurlar arzulayaraq Özbəkistan Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin idarə heyətinin sədri Məmmədov Mobil Yaqub oğlunu və Özbəkistanın bütün Azərbaycan diasporunu bayram münasibətı ilə şəxsən təbrik etdi, mərkəzin təşkil etdiyi milli mədəniyyət sərgisi ilə tanış oldu, milli Azərbaycan musiqi və mahnılarını dinlədi.

Prezident uğurlar arzulayaraq Özbəkistan Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin idarə heyətinin sədri Məmmədov Mobil Yaqub oğlunu və Özbəkistanın bütün Azərbaycan diasporun bayram münasibətı ilə şəxsən təbrik etdi, mərkəzin təşkil etdiyi milli mədəniyyət sərgisi ilə tanış oldu, milli Azərbaycan musiqi və mahnılarını dinlədi.

RAZMMM İdarə Heyətinin sədri ilə Mirziyoyev Şavkat Miromonoviç ilə səmimi söhbət zamanı dedi: Bu ilin sentyabrında biz Füzuli şəhərində Özbəkistanın tikdirdiyi məktəbi açmaq üçün Azərbaycana rəsmi səfər edəcəyik.

Cavab olaraq Məmmədov Mobil Yaqub oğlu da Prezident Şavkat Miromonoviçi bayram münasibətı ilə təbrik etdi və Füzuli şəhərində Prezidentin adından tikilmiş məktəbə görə həm öz adından, həm də Özbəkistanın bütün Azərbaycan diasporu adından səmimi minnətdarlığını bildirdi. Azərbaycan xalqını çox sevindirir.