Azərbaycanın bank sektoru bu ilin yanvar-sentyabr aylarında 522,7 milyon manat xalis mənfəət əldə edib.
DiasporPress.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,05 dəfə çoxdur.
9 ay ərzində bankların əməliyyat gəlirləri 1 935,1 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 15,1% çox), əməliyyat xərcləri 1 242,7 milyon manat (6% çox), xüsusi ehtiyatlara ayırmaları 135,7 milyon manat (56,75% az), digər gəlirləri 21,4 milyon manat (17,8 dəfə çox), mənfəət vergisi ödəmələri isə 55,4 milyon manat (2,2 dəfə çox) təşkil edib.
DiasporPress.az