Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 101 yeni yoluxma faktı qeydə alınıb, 4 209 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 216 584 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 176 228 nəfər müalicə olunaraq sağalıb, 2 575 nəfər vəfat edib, aktiv xəstə sayı 37 781 nəfərdir.
Ölkədə son sutka ərzində 11 279 hazırkı dövrədək isə 21 744 343 test aparılıb.
Diasporpress.az