Diaspor

Azərbaycanda Roş ha-Şana bayramını necə keçirilməsindən bəhs edilib

Azərbaycanda Roş ha-Şana bayramını necə keçirilməsindən bəhs edilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin https://www.jewishpress.com xəbər saytında Azərbaycanda yaşayan yəhudi icmasının Roş ha-Şana bayramını necə keçirdiklərinə həsr edilmiş “Azərbaycandan Roş ha-Şana salamları” sərlövhəli məqalə yerləşdirilib.

Məqaləni qələmə alan siyasi şərhçi Reyçel Avraham yazıb ki, dünyadakı yəhudilər Roş ha-Şana bayramını qeyd etməyə hazırlaşarkən Bakı Yəhudi Məktəbinin direktoru ravvin Zamir İsayev hesab edir ki, yüksək yəhudi bayramları ərəfəsində Azərbaycanda mövcud olan gözəl mühit bütün yəhudi diasporundakı atmosferin ən yaxşısıdır. “Bakıda, adətən, şofar dinləmək üşün sinaqoqlara çox adam gəlir. Üç sinaqoqumuz var: dağ yəhudisi, aşkenazi və Gürcüstan yəhudi sinaqoqu. Biz həmişə orada Prezidenti Roş ha-Şana münasibətilə təbrik edirik, çünki həmişə olduğu kimi, o, hər il yəhudi Yeni ili münasibətilə yəhudi icmasına rəsmi təbrik ünvanlayır”, – deyə ravvin əlavə edib.

Ravvin sinaqoqunun üzvlərinin bayramı necə qeyd etmələrindən, Azərbaycan polisinin onlara necə şərait yaratmasından danışıb.

Müəllif vurğulayıb ki, Azərbaycan yəhudi icmasının Avrasiya ölkəsində bu qədər yüksək qiymətləndirilməsi, hətta qeyri-yəhudilərin yəhudilərə bayram təbrikləri göndərməsi yalnız yəhudi və Azərbaycan xalqı arasında deyil, həm də İsrail və Azərbaycan dövlətləri arasında sıcaq dostluğun göstəricisidir.

Bayram ərəfəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun İsrailin Diaspora İşləri naziri Naxman Şayla onlayn formatda görüş keçirdiyinə, israilli həmkarını nazir təyin olunması münasibətilə təbrik edərək ona uğurlar arzuladığına diqqət cəlb edilib.

Danışıqlar zamanı İsrail–Azərbaycan arasında qarşılıqlı etimada əsaslanan sıx əməkdaşlıqdan və strateji tərəfdaşlıqdan bəhs edildiyi, Prezident İlham Əliyevin “Biz dinlər, mədəniyyətlər və ölkələr arasında körpülər qurmağa yönəlmiş fəaliyyətimizi davam etdiririk” bəyanatının yada salındığı, multikulturalizminin və dini tolerantlığının sübutu kimi ölkəmizdə yəhudi icmasına göstərilən münasibətdən dərin məmnunluq bildirildiyi və sair barədə məlumat verilib.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.jewishpress.com/news/religion/rosh-hashanah-greetings-from-azerbaijan/2021/09/03/