Salyan rayonunda ata odlu silahla qızını qətlə yetirəndən sonra intihar edib.
Hadisə bu gün günorta saatlarında rayonun Babazənan yaşayış massivində qeydə alınıb.
İlkin məlumata görə, 1968-ci il təvəllüdlü Qurbanov Məzahim ailə-məişət zəminində əvvəlcə qızı Rəvanə Qurbanovaya atəş açaraq qətlə yetirib. Sonra odlu silahla özünü öldürüb. Hadisənin səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Diasporpress.az