Müğənni Lalə Əliyeva vəfat edib.
DiasporPress.az xəbər verir ki, 40 yaşlı ifaçı onkoloji xəstəlikdən əziyyət çəkib.
Lalənin xəstəliyi ilə əlaqədar aparılan müalicə fayda verməyib və o ölüb. Bu barədə ifaçının yaxınları sosial şəbəkədə məlumat paylaşıblar.
Qeyd edək ki, Bakıda anadan olan Lalə Əliyeva şanson janrının mahir ifaçısı olub. O, daha çox el şənliklərində fəaliyyət göstərib.
DiasporPress.az